
Moskvada azərbaycanlı "qanuni oğru" saxlanılıb.
Anspress-in Praym-Kraym-a istinadən verdiyi məlumata görə, həmyerlimiz dünən paytaxt Moskvadakı kafelərdən birində ələ keçirilib.
Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları 54 yaşlı azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Yunus Yasamalski kimi tanınan Yunus Nəzərovu dostları ilə kafedə ad günü keçirərkən saxlayıb.
Polislər Azərbaycan vətəndaşının Rusiya ərazisində qanunsuz yaşadığını müəyyən ediblər.
Bundan sonra avtoritetin Azərbaycana deportasiya edilməsi üçün Federal Miqrasiya Xidmətinə müraciət edilib.
Qaynar.info

