Xəbər lenti

Azərbaycanlı "qanuni oğru"lar Kannda
Ölkə14:03 18.03.2015

Azərbaycanlı "qanuni oğru"lar Kannda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçən həftə 68-ci Kann kinofestivalına təqdim edilən “Hommes” (“Adamlar”) sənədli filmində postsovet məkanının “qanuni oğru"larından bəhs edilib. 
Anspress-in məlumatına görə, film cinayət aləmində apaprılmış 20 illlik tədqiqat nəticəsində çəkilib. Filmin əsasında Ded Hasan və Rudik kimi tanınmış “qanuni oğru”ların video arxivi, həmçinin onların yaxın ətrafının müsahibələri durur. Filmin qəhrəmanlarının adları gizli saxlanılır. Filmdə Azərbaycan qanuni oğrularının personajlarının olacağı istisna edilmir. 
Rusiya mətbuatı bir çox incəsənət xadimlərinin “Hommes”in çəkilişlərindən imtina etdiyini bildirir. Məsələn, tanınmış aktyor Armen Ciqarxanyan əvvəlcə hətta qanorar barədə razılaşıb, amma ssenari ilə tanış olduqdan sonra filmdən imtina edib. 
Qaynar.info