
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl rejissor Nail Naiboğlunun həyat yoldaşı Gülər dünyasını dəyişib.
"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, rejissor xanımı ilə fotolarını sosial şəbəkədə paylaşaraq, təəssüratlarını bölüşüb.
O, şəkillərə "Əlimdə əlinin istisini hiss etmək istəyirəm, məni yetim qoyanım. Gəldin, həyatımı bəzədin, sonra viran qoydun getdin. Bu gün qızımın ad gününü təbrik edəcəkdik, amma hamı mənə başsağlığı verir” sözlərini yazıb.

Qaynarinfo.Az