Xəbər lenti

Azərbaycanlı rekordlar kitabına düşdü – Video
Ölkə08:26 18.03.2016

Azərbaycanlı rekordlar kitabına düşdü – Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternet şəbəkədə Üzeyir Novruzovun Pekində necə dünya rekordu vurduğuna dair video yerləşdirilib.

Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, ilin əvvəlində dünya şöhrətli sirk aktyoru, Amerikanın “America’s Got Talent” istedadlar şousunun finalçısı, uzun müddətdir ki, ABŞ-da yaşayan və işləyən Üzeyir Novruzov yeni rekord vurub.

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi məşhur olan sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnes-in rekordlar kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilir.

Qaynar.info