Xəbər lenti

Azərbaycanlı Rusiyada ağacları qırdı: həbsə və 690 min ziyana düşdü
Ölkə17:34 25.09.2019

Azərbaycanlı Rusiyada ağacları qırdı: həbsə və 690 min ziyana düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Perm vilayətində Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda küknar və şam ağacını kəsməkdə ittiham edilir.
2017-ci ilin yayı ilə 2018-ci ilin qışı arasında o, 1,2 min kubmetrdən çox qiymətli meşə ağacını kəsmək üçün iki işçi qrup götürüb.
Məhkəmə meşə "qırıcı”sını 4 il müddətinə azadlıqdan məhrum edib və ondan dövlətin xeyrinə təqribən 690 min manat pulu geri alıb.
Perm ərazisinin Oktyabr Rayon Məhkəməsində Şuçye-Ozero kəndində yaşayan Azərbaycan vətəndaşına qarşı cinayət işi başlanıb.
O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 260-cı (xüsusilə külli midarda meşə ağaclarının qeyri-qanuni şəkildə budanması) maddəsinin 3-cü hissəsinə əsasən mühakimə olunub.
Maddi ziyanı kompensasiya etmək üçün məhkumun əmlakı - meşə təsərrüfatı texnikası müsadirə edilib. (oxu.az)