Azərbaycanlı şagird Almaniyada keçirilən olimpiadada böyük uğura imza atıb.
Qaynarinfo xəbər verir ki, Allahverdiyeva Zeynəb Ramin qızı olimpiadada iki qızıl medal qazanıb.
Qeyd edək ki, Beynəlxalq Stem Olimpiadası 23 iyul 2022-ci ildə Frankfurt şəhərində yerləşən Höte adına Frankfurt Universitetində keçirilib. 15 ölkə və 225 iştirakçı arasında keçirilən yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə olub.
Ümumilikdə olimpiadada Azərbaycan 31 qızıl, 23 gümüş, 29 bürünc medal və 16 həvəsləndirici medal qazanıb.
