Xəbər lenti

Azərbaycanlı şagirdlərin ən çox maraq göstərdiyi sahələr -SİYAHI
Ölkə13:32 14.10.2013

Azərbaycanlı şagirdlərin ən çox maraq göstərdiyi sahələr -SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda məktəbdənkənar təhsil müəssisələrində 13 minə yaxın dərnək (qrup) fəaliyyət göstərir. 

Təhsil Nazirliyindən verilən xəbərə görə, şagirdlərin rəqs, rəsm, bədii qiraət, dizayn, modelçilik, diyarşünaslıq, idman, şahmat sahələrinə daha çox maraqları var. Uşaqların ictimai fəallıqlarının artırılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün müsabiqələr, kütləvi tədbirlər və  idman yarışları keçirilir. Təhsil Nazirliyi bu istiqamətdə "Els” Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə educult.az uşaq internet  portalı yaradıb.

Orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli keçirməsinin təşkili məsələsinə gəlincə, bildirilib ki, şagirdlər maraq və istəklərinə uyğun olaraq dərnəklərə cəlb edilir.

Qaynar.info