Xəbər lenti

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı
Ölkə 10:55 11.06.2025

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Gülşən proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Bu barədə məlumatı BANM rektoru Elmar Qasımov ictimailəşdirib.

Gülşən bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul dəvəti alıb.

Gülşən Məmmədli 2020-ci ildə BANM-a 658 balla daxil olub.

GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

O, 2023-cü ildə AGAGroup tərəfindən elan olunan qadınlar üçün təqaüd proqramının qalibi olub. // modern.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->