Xəbər lenti

Azərbaycanlı Türkiyədə “Qarabağ” filmi çəkdi - VİDEO
Ölkə05:28 30.12.2013

Azərbaycanlı Türkiyədə “Qarabağ” filmi çəkdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır

Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ” filminin çəkilişlərini başa çatdırıb.

AzərTAc xəbər verir ki, film universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.

Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır.

Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkilmişlər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol alıblar.

Film yaxın günlərdə “youtube” videopoartalında da yerləşdiriləcək.

Qeyd olunan linkdən ekran əsərini izləmək mümkündür: