Xəbər lenti

Azərbaycanlı Türkiyədən avtomobil qiymətinə it aldı
Ölkə09:10 06.01.2019

Azərbaycanlı Türkiyədən avtomobil qiymətinə it aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Zonquldak vilayətində yetişdirilən Anadolu çoban itlərinin qiyməti göz qamaşdırır. 
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, 24 aylıq çoban itlərinin avtomobil qiymətinə alıcı tapır.
Zonquldak şəhər mərkəzində yaşayan 40 yaşlı Emre Baykal uşaqlıqdan itlərlə böyüdüyünü deyir. İt sevgisinin böyük olduğunu bildirən Emrenin hazırda 14 çoban iti var. Onun sözlərinə görə, iki ayağı üstə durduğu zaman insan boyunu keçən bu itlərə böyük maraq var. Türkiyənin ən yaxşı itlərindən biri hesab olunan Anadolu çoban itləri əsasən ət və sıyıqla qidalanır.
"Əvvəlcə bir küçük aldıq. Nəsillərini artırmağa çalışırıq. Hazırda 14 itimiz var. Anadolu çoban itlərinə böyük maraq var. Türkiyənin demək olar bütün bölgələrinə göndəririk. Yaxın vaxtlarda birini Azərbaycana satdıq. Körpə itlərin qiyməti 3500-5000 lirədir (təxminən 1100-1550 manat). Yetişkinlərin qiymət 5000 lirədən başlayıb 15000 lirəyə (təxminən 4680 manat) qədər yüksəlir. Erkək itlərin qiyməti 15000 lirədən başlayır. Bəzən yeni bir avtomobil qiymətinə belə satılır" deyə Emre Baykal bildirib.