Xəbər lenti

Azərbaycanlı vəkil Türkiyə məhkəməsini uddu
Ölkə11:18 09.06.2014

Azərbaycanlı vəkil Türkiyə məhkəməsini uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Bəkirköy Məhkəməsində azərbaycanlı hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəmə prosesi başa çatıb.
Qaynar.info xəbər verir ki, Atatürk Hava limanında bir polis məmuru ilə pasport idarəsi əsnasında başlayan mübahisə zamanı İntiqam Əliyev zorakılığa məruz qalmışdı. 
Məhkəmə Daxili İşlər Nazirliyində haqsız yerə nəzarətə alınan, bir otaqda 3 dəqiqə 38 saniyə döyülən, ölkədən xarici edilərək 1 il Türkiyəyə girişi qadağan olunan İntiqam Əliyevə 7 min 500 TL mənəvi və 600 TL maddi təzminat ödəməsinə dair qərar çıxarıb.
Xatırladaq ki, İntiqam Əliyev 2011-ci il dekabr ayının 6-da Azərbaycana gəlmək üçün İstanbul hava limanında polis kontrolundan keçən zaman Hüseyn Kunt adlı polis məmuruyla aralarında insident yaşanmışdı. Ona Türkiyə Cinayət Məcəlləsinin 106.1 (Hədə-qorxu gəlmə), 125.3a (Təhqir), 265.1-ci (Dövlət məmurunun öz vəzifəsini icra etməsinə mane olma) maddələri ilə cinayət işi qaldırımışdı.
Elkin Xəlilov
Qaynar.info