Xəbər lenti

Azərbaycanlı xakerlər Ermənistanın məxfi sənədlərini ələ keçirib
Ölkə10:12 25.08.2016

Azərbaycanlı xakerlər Ermənistanın məxfi sənədlərini ələ keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlılardan ibarət “Anti-armenia Team” adlı xaker qrupu tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində Ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçiriliblər.
Qaynarinfo.Az qrupun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, həyata keçirilən kiber hücum nəticəsində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilib. Əldə olunan informasiyalar arasında Ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülüb. Bundan əlavə hakerlər bu informasiyaların arasında ermənilərin Amerika Birləşmiş Ştatların digər ölkələrlə münasibətinə qarışaraq bu ölkələrdəki diplomatları və rəsmi şəxslərinin adına ləkə gətirəcək qara yaxma xarakterli, eləcə də bu şəxslərin fəaliyyətinə başqa don geydirən analitik yazıya rast gəliblər.
Qaynarinfo.Az