Xəbər lenti

Azərbaycanlı xanəndənin diski İtaliyada
Ölkə05:28 03.08.2013

Azərbaycanlı xanəndənin diski İtaliyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qoçaq Əsgərovun İtaliyada daha bir diski işıq üzü görüb


Bir çox müsabiqələrin laureatı, xanəndə Qoçaq Əsgərovun İtaliyada daha bir diski işıq üzü görüb. ANS PRESE-in məlumatına görə, Felmay musiqi şirkəti tərəfindən buraxlan toplu “Traditional music of Azerbaijan” adlanır. “Şur”, “Mahur muğamı, “Dəşti” təsnifi, “Küçələrə su səpmişəm” və digər muğam, xalq mahnısı və təsniflərimizi bu diskdə nəinki İtaliya, bütün dünyada musiqisevərlər dinləmək imkanı qazanacaq. Xanəndə həmin şirkətin diski yüksək tirajla ölkələrə yaydığını deyir.

Qeyd edək ki, bu şirkət müxtəlif ölkələrdə istedadı və uğuru ilə seçilən ifaçılara dəstək verir. Bu şirkət artıq bir neçə dəfə Qocağa yaradıcılıq dəstəyi verib. Artıq satışa buraxılan disk, xanəndə və ən başlıcası Azərbaycan və onun musiqisi haqqında Felmay şirkətinin rəsmi saytında informasiya yerləşdirib. Həmçinin Qocaq Əsgərovun ifalarını sayta daxil edib.

Saytda həmçinin ifası dünyada məhşur olan xanəndəmiz Alim Qasımovun, milli alətlərimizin adı çəkilib.


Qaynar.info