Xəbər lenti

Azərbaycanlı yarımmüdafiəçi Rusiyanın elita klubunda
İdman11:47 30.06.2021

Azərbaycanlı yarımmüdafiəçi Rusiyanın elita klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tambov"la bu ilin fevralında imzaladığı müqavilənin müddəti başa çatan Azər Əliyev Rusiyada klubunu dəyişib. 
Qaynarinfo xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi azad agent statusu ilə 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər formasını geyindiyi "Ufa”ya keçib.
İnformasiyanı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. Əliyev müddəti 2022-ci ilin yayına qədər olan müqaviləyə qol çəkib.