Xəbər lenti

Azərbaycanlı yazıçı koronavirusdan vəfat etdi (FOTO)
Ölkə11:32 21.03.2021

Azərbaycanlı yazıçı koronavirusdan vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.
"Report” xəbər verir ki, bunu açıqlamasında onun oğlu, yazıçı Alpay Azər deyib.
O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik”.
Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.