Xəbər lenti

Azərbaycanlı zəvvar İranda ağır xəsarət aldı
Ölkə05:21 03.02.2020

Azərbaycanlı zəvvar İranda ağır xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıdan İran İslam Respublikasına ziyarətə gedən zəvvar xəsarət alıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Məşhəd şəhərində qeydə alınıb.
Binəqədi rayon sakini Haxıyev Xalid Qayıtmaz oğlu ziyarət zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb. Yaralı əvvəlcə Məşhəd şəhərindəki xəstəxanalardan birinə çatdırılıb və ona sağ bazu sümüyünün yerdəyişən sınığı, 12-ci fəqərənin sınığı və sol qamış sümüyünün sınığı diaqnozları qoyulub. Yaralı bundan sonra Bakıya gətirilib və paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.