Son illər azərbaycanlıların müxtəlif statusla mühacirətə getdiyi əsas ölkələrdən biri Almaniyadır. Lakin bu ölkədə sərbəst sərbəst yaşayışın təmin olunması üçün ağır prosedurlardan keçmək tələb olunur.
Bu sırada müvafiq hüquqi sənədlərin təqdim olunması ilə yanaşı ağır şərtlər altında yaşamaq da mühacirlər üçün əsas şərtlərdən hesab edilir. Almaniyada qanunsuz yaşamağın bədəli isə daha ağırdır.
Qaynarinfo.Az missiya.az-a istinadən Almaniyada icazəsiz yaşayan şəxslərin ölkədən necə deportasiya olunduğunu diqqətinizə təqdim edir. Bu videonu Almaniyada icazəsiz yaşadığına görə barəsində deportasiya qərarı çıxarılmış gənclərdən biri çəkib.
Qeyd edək ki, məhkəmə qərarı ilə ölkəni könüllü tərk etməyən şəxslər videoda əks olunmuş qaydada deportasiya olunurlar.
Qaynarinfo.Az