Xəbər lenti

Azərbaycanlılar Antalyada villaları neçəyə alır?
Ölkə09:59 26.07.2015

Azərbaycanlılar Antalyada villaları neçəyə alır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Antalya bölgəsində daşınmaz əmlak ucuzlaşıb. Qaynar.info axar.az-a istinadən xəbər verir ki, istirahət bölgəsində malikanələr və villalar almaq istəyənlər arasında azərbaycanlılar, iranlılar, ruslar üstünlük təşkil edir. 
Mülk sahibi olmaq istəyənlər Antalyanın Göynük, Alanya ərazilərinə daha çox üstünlük verirlər. 2013-cü ilə Türkiyə hökuməti mülkiyyət haqda qanuna dəyişiklik etdikdən sonra xarici vətəndaşların daşınmaz əmlaka sahiblənməsi imkanı yaranıb. Bu qanun 121 ölkənin vətəndaşının işinə yarayıb. Hazırda azərbaycanlılar təkcə Antalyada 70-dən çox villa alıblar. Bu mülklərin qiyməti isə 50 min manatdan 300 min manata qədər dəyişir. 
Qaynar.info