Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 244 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 20 min 684 nəfəri və ya 2,1%-i xarici ölkələrə dini ziyarət məqsədilə səfər edib.
Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 min 145 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.
Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında dini ziyarət məqsədilə aşağıdakı ölkələrə səfər ediblər:
Səudiyyə Ərəbistanı – 11 145 nəfər
Türkiyə – 4 281 nəfər
Rusiya – 1 704 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 1 610 nəfər
İran – 1 006 nəfər
Gürcüstan – 306 nəfər
Qazaxıstan – 164 nəfər
İsrail – 141 nəfər
İraq – 113 nəfər
Özbəkistan – 47 nəfər
Qətər – 21 nəfər
Qırğızıstan – 2 nəfər
Küveyt – 1 nəfər
Digər ölkələr – 43 nəfər
Şərhlər