Xəbər lenti

Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri siyahısında
Ölkə12:08 13.09.2018

Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri siyahısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan dünyanın ən emosiyasız ölkələri siyahısına daxil edilib. Axşam hansı hissləri keçiriblər sualına azərbaycanlılar nə müsbət, nə də mənfi heç nə xatırlamayıblar. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, "Global Emotions 2018” siyahısına 145 ölkənin adı daxil edilib.
Araşdırma "Gallup” mərkəzi tərəfindən 2017-ci ildə keçirilib. 15 yaşdan yuxarı 154 min nəfər arasında sorğu aparılıb.
Müsbət emosiyalı ölkələr siyahısına Paraqvay, Kolumbiya, Salvador, Qvatemala, Kanada, Kosto-Rika, Ekvador, Honduras, Panama, eləcə də, İslandiya, İndoneziya və Özbəkistan daxil olub. 
Mənfi emosiyalı ölkələrə isə 146 ölkədən CAR, İraq, Cənubi Sudan, Çad, Serra-Leone, Misir, İran, Nigeriya, Fələstin, Liberiya, Madaqaskar və Uqanda daxil olub. 
Azərbaycan bu siyahıda qeyri-emosional ölkələr sırasında yer alıb. Azərbaycanlıların emosional səviyyəsini Belarus və Yəmən sakinləri ilə eyniləşdirmək olar. Ən emosional ölkələr isə CAR, Peru və Syerra-Leone olub.