Ukrayna millətçilərinin hərəkətləri Odessada yaşayan azərbaycanlıları narahat edir. Anspress-in məlumatına görə, Ukrayna millətçiləri "Qafqazdan olan millətlərin nümayəndələrinə qarşı neqativ münasibət göstərirlər.
Odessada yaşayan sahibkar Elnur Abasov güman edir ki, Ukrayna radikal qruplaşmaları daha çox şəhərdəki stabil vəziyyəti pozmağı və Odessanın dinc əhalisini cinayətlərlə qorxutmağı planlaşdırır.
"Biz, 90-cı illərdə doğma Azərbaycanımızda qanlı hadisələrin şahidi olmuşuq. Ukrayna azərbaycanlıları olaraq Odessanın siyasi liderlərinə qətiyyətli çağırışla müraciət edirik. Heç bir əsası olmayan təcavüzü təcili dayandırmağı tələb edirik. Bu cür vəziyyət bizim şəhərimiz üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Mən həmçinin, Qafqazdan olan bütün Odessa sakinlərini də çağırış edirəm. İctimai asayişi pozmağa icazə verməyək", - deyə sahibkar Elnur Abasov söyləyib.
Odessada yaşayan sahibkar-azərbaycanlının fikrincə, bu şəhərdə baş verən son hadisələr onu göstəririr ki, radikal qruplaşmalar Odessada vəziyyətin destabilizasiyası üzrə planlarından əl çəkmirlər:
"Onlar beynəlmiləl şəhərin ərazisində hərbi əməliyyatlara son qoyulmasını istəmirlər. İnsafsız, amansız cinayətlər törədən qruplaşmalara dinc əhalisinin qorxudulması üçün müxtəlif addımlara təşəbbüs edirlər. Bu gün biz, azərbaycanlılar — Ukrayna vətəndaşlarıyıq. Ağrıyla və təəssüflə qeyd edirik ki, açıq-aydın təcavüz davam edir".
Qaynar.info