Xəbər lenti

Azərbaycanlılar Türkiyədə iş adamının əl-qolunu bağlayıb soydular (FOTOLAR)
Ölkə13:28 23.07.2017

Azərbaycanlılar Türkiyədə iş adamının əl-qolunu bağlayıb soydular (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Bursa vilayətinin Osmanqazi qəsəbəsində mağaza sahibinə qarşı quldur basqını həyata keçirən və Azərbaycan vətəndaşlarının fotoları yayılıb.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, həmin 4 cinayətkarın fotolarını polis qaynaqları Bursanın yerli xəbər saytlarından birinə ötürüb.

Qeyd edək ki, Türkiyənin Bursa vilayətinin Osmanqazi qəsəbəsində biznesmenə qarşı quldur basqını həyata keçirən 4 Azərbayan vətəndaşı həbs olunub. Kənd təsərrüfatında istifadə olunan dərmanların satışı ilə məşğul olan mağazada işləyən Azərbaycan vətəndaşı, 23 yaşlı Dilqəm Bağırov daha 3 Azərbaycan vətəndaşı ilə əlbir olaraq həmin iş yerinin sahibi Ekrem Sancarı zor tətbiq etməklə soyub. Onlar mağaza sahibinin əllərini və ayaqlarını bağlayaraq cibindəki pulları qəsb ediblər.

Qaynarinfo.Az