Xəbər lenti

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı (VİDEO)
Ölkə12:10 26.07.2020

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva 1918-ci il soyqırımı zamanı azərbaycanlıların istifadə etdikləri sığınacaq aşkar ediblər.
Qaynarinfo-nun məlumatına görə, bu sığınacaq Qobustan rayonunun Sündü kəndində yerləşir.
Gənclərin sığınacaq barədə hazırladıqları videoda göstərilir ki, yerli əhalinin verdiyi məlumata görə, Qəzənfər quyulu mağaraları 1918-ci il soyqırımı zamanı sığınacaq kimi istifadə olunub.
Qeyd edək ki, ermənilərin Sündü kəndində törətdikləri soyqırımı zamanı 250 nəfər öldürülüb və 198 ev yandırılıb.