XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi açıqlandı
Ölkə19:16 02.09.2026

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi açıqlandı

Avqust ayında Azərbaycanın axtarış sistemləri bazarında "Google"un payı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "Global Stats" Statistika Mərkəzinin məlumatına görə, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Google" axtarış sistemi Azərbaycanın axtarış xidmətləri bazarında inamlı liderliyini qoruyub.
Qeyd olunub ki, bu ilin avqust ayında Google axtarış sisteminin Azərbaycanda bütün platformalar (kompüterlər, mobil cihazlar və planşetlər) üzrə bazar payı 97,35% təşkil edib. Bu göstərici iyul ayı ilə müqayisədə 1,06 faiz bəndi azdır.

Bundan əlavə, "Global Stats"ın məlumatları göstərir ki, ikinci yerdə qərarlaşan "Yandex" bazar payını 0,93 faiz bəndi artıraraq 1,89%-ə çatdırıb.

“Üçüncü yerdə qərarlaşan "Bing"in bazar payı 0,06 faiz bəndi artaraq 0,57%-ə çatıb. Dördüncü yerdə qərarlaşan "DuckDuckGo" öz payını 0,05 faiz bəndi artıraraq 0,11%-ə çatdırıb. İlk beşliyi "Yahoo!" tamamlayır. Onun bazar payı ay ərzində 0,03 faiz bəndi artaraq 0,07% təşkil edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, "Global Stats"ın məlumatına görə, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Google" dünya üzrə axtarış xidmətləri bazarında da liderliyini qoruyub. İkinci yerdə "Bing", üçüncü yerdə isə "Yahoo" qərarlaşıb. İlk beşliyə, həmçinin "Yandex" və "DuckDuckGo" daxil olub. (trend.az)