Xəbər lenti

Azercell Astarada yeni Ekspresofisini istifadəyə verdi
Ölkə12:48 18.10.2013

Azercell Astarada yeni Ekspresofisini istifadəyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bununla da regionlarda AzEksofislərinin sayı 28-yə çatdı

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda  Azercell Ekspresofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 18 oktyabrdan etibarən Astara şəhəri H.Aliyev prospekti 249 ünvanında yeni Eksofisini abunəçilərinin ixtiyarına verib. 

AzEksofisindən Astarada yaşayan Azercell abunəçiləri ilə yanaşı qonşu rayonların sakinləri dəi stifadə edə biləcəklər. Yeni AzEksofisi “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspresofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Qeyd edək ki, Azercell-in hazırda Bakıda 18, regionlarda isə 28 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində4, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi fəaliyyət göstərir.  Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEksofislərinin sayını artırmaq niyyətindədir.

Qaynar.info