Xəbər lenti

Azercell-dən məktəbli sevinci - FOTOLAR
Ölkə12:43 17.09.2013

Azercell-dən məktəbli sevinci - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il Azərbaycanda ilk dəfə məktəbə qədəm qoyan yüz minlərlə uşaq həyatının ən həyəcanlı anlarını yaşayır. 

Azercell Telekom Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə bu həyəcanı qayğı və diqqətə daha çox ehtiyacı olan uşaqlarla bölüşür. 

Yeni dərs ilinin başlanğıcı ilə əlaqədar həyata keçirilən sosial layihə çərçivəsində Bakı və regionlar daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edilir.

Azercell hər zaman gələcəyimiz olan uşaqların dəstəyinə istiqamətlənmiş layihələrə xüsusi önəm vermişdir. Artıq neçə illərdir ki, Azercell-in dəstəyi ilə yaradılmış Mobil Diş və Mobil Göz klinikaları pulsuz xidmət göstərərək Bakı və regionlardakı uşaq evlərinə səfər edir. Azercell Telekom, həmçinin, Uşaq Qaynar Xəttinin fəaliyyətini də dəstəkləyir.

Həyata keçirdiyi bu layihə vasitəsilə də Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləyərək onların yeni başlamış təhsil həyatına öz töhfəsini gətirmiş olur.

Qaynar.info