Xəbər lenti

Azercell-dən yeni layihə
Ölkə13:14 08.07.2013

Azercell-dən yeni layihə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin e-Toxum layihəsi ilə birlikdə Azərbaycan start-up-larına dəstək verdi

Türkiyənin aparıcı investor və mentorları gənc Azərbaycan sahibkarları ilə bir araya gəldilər

Azercell gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin “Barama” İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır.

Start-up biznes ideyalarına dəstək üçün Azercell tərəfindən keçirilən silsilə tədbirlərdən biri də iyul ayının 6-da Bakıda təşkil edilmişdir. Bu dəfə, Türkiyədə bu sahədə tanınmış e-Toxum layihəsinin üzvləri ilə Azərbaycanın gənc İT sahibkarlarının birgə görüşü keçirilmişdir. 

Gənclərin maariflənməsinə yönələn bu tədbirin məqsədi İKT sahəsindəki şirkətlərin sayını artırmaq, gənc sahibkarları dəstəkləmək, internet iqtisadi bazarının yaradılması və inkişafı üçün sahibkarlarla investorlar arasında əlaqə qurmağı təmin etməkdir. 

Azərbaycan startup-ları üçün mentorluq sessiyası zamanı iştrakçılar öz layihələrinin investorlar qarşısında təqdimatını keçirib, həmçinin onlarla biznes strategiyası, potensial imkanlar haqqında müzakirələr aparıblar.

eToxum qurulduğu gündən ötən 5 il ərzində 40-dan çox özəl investorla əməkdaşlıq edərək 200-ə yaxın layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri də vardır. 

Qaynar.info