Martın 13-də “Azercell” rəsmi Facebook səhifəsinin üzvləri üçün “Novruz sevinci” adlı kampaniyaya start verib. Qaynar.info-nun məlumatına görə, 6 günlük kampaniya müddətində hər bir Facebook istifadəçisi “Azercell”in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün “Novruz sevinci” tətbiqetməsinə qoşulmaq lazımdır. Facebook istifadəçıləri oyun zamanı Novruz bayramının simvolları olan virtual hədiyyələrı toplayır və buna uyğun xallar qazanır. Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 manatlıq danışıq kartları əldə edir.