Xəbər lenti

Azercelldən Həcc endirimi
Ölkə12:32 03.10.2013

Azercelldən Həcc endirimi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ziyarətə yollanan zəvvarlar üçün rouminqdə endirim edilib

İndi Səudiyyə Ərəbistanında olan abunəçilər güzəştli danışıqdan yararlanacaq

Qaynar.info xəbər verir ki, 30 sentyabr tarixindən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan zəvvarlar üçün Azercell Telekom xüsusi endirim kampaniyası elan etdi. Kampaniya çərçivəsində oktyabrın 30-na kimi Səudiyyə Ərəbistanında olan Azercell-lilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.

Beləliklə, Səudiyyə Ərəbistanının “Mobily (Etihad Etisalat)” mobil operatorunun şəbəkəsindən istifadə edərək daha sərfəli tariflərlə danışır, SMS göndərə bilirlər.

Bu kampaniya Səudiyyə Ərəbistanında  səfərdə olan zəvvarların doğmaları ilə daha rahat və sərfəli şəkildə ünsiyyətdə olmasına imkan verir. Azercell Telekom MMC hər kəsin Həcc ziyarətinin qəbul olmasını arzulayır,onlara xoş səfər diləyir. 

Qaynar.info