Xəbər lenti

Azercelldən növbəti yenilik
Ölkə09:26 03.05.2013

Azercelldən növbəti yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirkətin prezidenti Asan imza ilə bağlı konfransda çıxış edib
Bu gün Bakıda “Asan imza - elektron hökumətin açarıdır” mövzusunda geniş konfrans keçirilib. Qaynar.infonun verdiyi məlumata görə, Vergilər Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən tədbirdə nazir Fazil Məmmədov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və digərləri iştirak ediblər. 
Tədbirdə  “Azercell Telekom” MMC-nin prezidenti Kiri Qaburiç çıxış edib. Cənab Qaburiç mobil imzanın üstünlüklərini qeyd etməklə yanaşı, Azercell-in bu sahədə təklif etdiyi xidmətlərdən, həmçinin əldə olunan nailiyyətlərdən söz açıb. Konfransda Azercell-in də aid olduğu TeliaSonera Eurasia şirkətinin vitse-prezidenti Tonu Grunberg də məruzəsini iştirakçıların diqqətinə çatdırıb. “Asan İmzanın inkişafı - şimaldan cənuba qədər” mövzusundakı çıxışında vitse-prezident təklif olunanların unikal xidmət olduğunu bildirib.
Konfransda həmçinin elektron xidmətlərin inkişafında asan imzanın rolu, mobil hökumətin inkişafı baxımından önəmi,  sahibkarlığın inkişafında dəstəyi, nəqd olmayan ödənişlərin stimullaşdırılmasında Asan İmzanın rolu və digər mövzularda müzakirələr aparılıb. Tədbirdə dövlət orqanları, maliyyə təşkilatları, İKT qurumları və mobil operator təmsilçiləri də iştirak ediblər.
Qaynar.info