Xəbər lenti

“Azerfon” rəhbərliyi “Buzlu su” kampaniyasına qoşuldu - FOTOLAR
Ölkə11:55 11.09.2014

“Azerfon” rəhbərliyi “Buzlu su” kampaniyasına qoşuldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Nar Mobile” mobil operatoru ALS xəstələrinə yardım kampaniyasına dəstək oldu

“Azerfon” şirkətinin rəhbərliyi də 2014-cü ilin yayında dünyada geniş vüsət almış “Buzlu su” (Ice Bucket Challenge) kampaniyasına qoşulmaq qərarına gəlib.

Şirkət rəhbərliyi bir ənənəyə çevrilən bu yardım və maarifləndirmə aksiyasına qatılmaqla, ALS xəstələrinin beynəlxalq assosasiyasına öz dəstəyini ifadə etmiş olub, özündən sonra isə “Azercell” ilə “Bakcell” rəhbərliklərini də bu aksiyaya qoşulmağa dəvət edib.

Kampaniyaya əsasən, iştirakçılar ictimai diqqəti amyotrofik lateral skleroz (ALS) xəstəliyinə yönəltmək məqsədilə bir vedrə buzlu suyu öz başlarına tökərək ALS xəstələrinə maddi dəstək verdiklərini ifadə edir və ya başqalarının bu yardım kampaniyasına qoşulmalarını təşviq edirlər.

Qeyd edək ki, amyotrofik lateral skleroz xəstəliyi mərkəzi sinir sistemindəki ilik sapının olduğu nahiyədə onurğa neyron, yəni sinir hüceyrələrinin itkisi səbəbilə yaranan çarəsiz bir xəstəlikdir. Əzələlərin iflic olmasına gətirib-çıxaran bu xəstəliyə nadir hallarda rast gəlinsə də, onun ölümlə nəticələnə bilən fəsadları olduqca ağırdır.

Qaynar.info