Xəbər lenti

"Azeri Light"in qiyməti 92 dollardan aşağı düşdü
Ekonomiks05:24 31.10.2023

"Azeri Light"in qiyməti 92 dollardan aşağı düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,6 dollar və ya 0,65% azalaraq 91,65 ABŞ dollarına enib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin dekabr fyuçersləri 87,81 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.