Xəbər lenti

"Azəriqaz" Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək
Ölkə09:17 23.11.2021

"Azəriqaz" Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.
Bu barədə Qaynarinfo-ya quruma istinadən xəbər verir.
Məlumatda deyilir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.