Xəbər lenti

"Azəriqaz”da yoxlamalar başladı
Ölkə09:06 27.05.2019

"Azəriqaz”da yoxlamalar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hesablama Palatası daha bir dövlət qurumunda yoxlamalara başlayıb.
Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, palata  "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini araşdırır. Belə ki, Hesablama Palatası vəsaitlərin istifadəsinə dair maliyyə yoxlamaları aparır. Bundan başqa Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar yoxlanılır.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev yoxlamaların aparıldığını təsdiqləyib:
"Bütün idarə və təşkilatlarda olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən "Azəriqaz” İstehsalat Birliyində dövri yoxlamalar aparılır. Bu yoxlamalar qrafik üzrə həyata keçirilir. Yoxlamaların nə zaman bitəcəyi dəqiq bilinmir."