Xəbər lenti

“Azərişığ”ın nizamnamə kapitalı 40%-dən çox artırılır
Ölkə14:33 01.05.2019

“Azərişığ”ın nizamnamə kapitalı 40%-dən çox artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərişıq” ASC-nin nizamnamə kapitalı 688 889 300 manat və yaxud 41,04% artırılaraq 1 678 705 342 manatdan 2 367 594 642 manata çatdırılacaq.
Qaynarinfo xəbər verir ki, Report bu barədə hökumətdəki mənbəyə istinadən bildirir.
Məlumata görə, bu məqsədlə dövlət şirkətinin dövriyyədə olan 2 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 344 444 650 ədəd artırılaraq 839 352 671-dən 1 183 797 321-ə çatdırılacaq.