Xəbər lenti

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir
Ölkə08:14 22.12.2019

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərişıq ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
Bunu Axar.az-a açıqlamasında Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.
Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmcinin, secki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.