Xəbər lenti

"Azərişıq" Mingəçevirdəki yanğınla bağlı məlumat yaydı
Ölkə10:53 05.07.2018

"Azərişıq" Mingəçevirdəki yanğınla bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün səhər saatlarında Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində baş vermiş yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib”.
Qaynarinfo xəbər verir ki, bunu özəl olaraq Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi səhər saatlarında Mingəçevirdə "Azərbaycan İES”in ərazisində yanğın baş verməsi barədə məluma yayıb. Məlumatda bildirilir ki, yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.