Xəbər lenti

«Azərkosmos» ANS-lə müqavilə bağladı
Ölkə06:57 16.07.2013

«Azərkosmos» ANS-lə müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın ilk telekommunikasiya peyki kommersiya fəaliyyətinə başlayıb.

Azərbaycanın «Azərsapce-1» ilk telekommunikasiya peyki bu gündən etibarən tam kommersiya fəaliyyətinə keçir. Bununla bağı olaraq «Azərkosmos» ASC və «ANS Müstəqil Yayım və Media» şirkəti arasında «Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında» müqavilə imzalanıb. 

Sənədi «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev və «ANS Müstəqil Yayım və Media» şirkətinin prezidenti Vahid Mustafayev imzalayıblar.

Bununla da bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq.

İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.

Qaynar.info