Xəbər lenti

“Azərkosmos”un səhmləri satışa çıxarılır
Ölkə06:12 09.05.2015

“Azərkosmos”un səhmləri satışa çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərkosmos” ASC-nin səhmləri Bakı Fond Birjasında (BFB), standart bazar seqmentində listinqə qəbul edilib. BFB-dən fins.az-a verilən məlumata görə, səhmlərin satışına mayın 12-də başlanacaq. 
Hərraca hər birinin nominal dəyəri 20 manat olan 1 180 530 səhm çıxarılacaq. Satış 1 ay üstünlük hüququ nəzərdə tutulmaqla, bu il avqustun 12-nə qədər davam edəcək. Yerləşdirmənin anderrayteri «PSG-broker» MMC-dir. Emissiya baş tutsa, “Azərkosmos”un nizamnamə kapitalı 40 milyon manatdan 63,6 milyon manata qədər artacaq.
Qaynar.info