Xəbər lenti

"Azərkörpü"nün işçisi körpüdən yıxılaraq dünyasını dəyişdi
Ölkə18:42 25.10.2018

"Azərkörpü"nün işçisi körpüdən yıxılaraq dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərkörpü”nün 59 yaşlı fəhləsi, Şirvan şəhər sakini Sübhan Cari oğlu Əzizov bu gün günorta saatlarında Ələt-Astara yolundakı körpüdə təmir işləri apararkən hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, o, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq S.Əzizovun həyatını xilas etmək mümkün olmayıb və o, axşam saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.