Xəbər lenti

Fəxri Mehdiyev bu quruma direktor təyin edildi (FOTO)
Ölkə06:08 21.12.2021

Fəxri Mehdiyev bu quruma direktor təyin edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Sənaye Korposiyası" ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin direktoru Bəhruz Camalov işdən çıxıb.
Qaynarinfo xəbər verir ki, onun yerinə Fəxri Mehdiyev təyin edilib.
Yeni direktor bundan əvvəl ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.
F.Mehdiyev 1974-cü ildə Bakıda anadan olub, 1995-cu ildə o vaxtı Azərbaycan Dövlət Neft Akademiyasını "Yanacaq energetika kompleksi sahələrində iqtisadiyyat və idarəetmə’ ixtisası üzrə bitirib. O, 1995-2017-ci illərdə o vaxtkı Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb, 2017–ci ildən ASK-nın Maliyyə departamentinin direktoru, 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru olub.