Xəbər lenti

“Azərsığorta”: Fəaliyyətimizi bu gün tam bərpa edəcəyik
Ölkə13:11 17.05.2019

“Azərsığorta”: Fəaliyyətimizi bu gün tam bərpa edəcəyik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta”) Maliyyə Bazarlarına Nəzarət Palatasının onun fəaliyyətini məhdudlaşdırmasına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a şirkətin sədr müavini Aftandil Hacıyev açıqlama verib.
"Palatanın dediyi nöqsanlar artıq aradan qaldırılıb. Sadəcə şirkətlə əməkdaşlıq edən sığorta agentlərinin imza hüququ məsələsi açıq qalıb. İcbari Sığorta Bürosuna (İSB) lazımi məlumatları təqdim etmişik və fəaliyyətimizi bu gün tam bərpa edəcəyik”, - deyə o, qeyd edib.