Xəbər lenti

"Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edildi
Ölkə16:03 16.07.2024

"Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azerspace-1" peykinin Mərkəzi Asiya şüasında yayımlanan Türk Dövlətləri kanal paketinə iki Özbəkistan kanalı əlavə olunub.

Bu barədə "APA-Economics"ə Azərbaycanın Kosmik Agentliyindən (Azərkosmos) bildirilib.

Məlumata görə, sözügedən "My5 TV” və "Solnechniy TV”nin kanalları 11135 / H / 30000 tezliyində yayımlanır.

Bununla da Azerspace-1 peykinin Mərkəzi Asiya dalğasında yayımlanan kanalların sayı 47-yə çatıb.