Xəbər lenti

"Azərsu" ASC-də struktur dəyişiklikləri oldu
Ölkə16:52 30.07.2019

"Azərsu" ASC-də struktur dəyişiklikləri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” Qərar qəbul edib.
Qərara əsasən, "Azərsu”nun tabeliyində ASC-nin "Birləşmiş Sukanal” MMC-nin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 nömrəli, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 nömrəli, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 nömrəli, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 nömrəli, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 nömrəli, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 nömrəli, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 nömrəli və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 nömrəli regional sukanal idarələri yaradılıb.
Qərarə əsasən, "Azərsu”nun İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək "Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda, "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən "Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti (TSC) və "Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. "Birləşmiş Sukanal” MMC hüquq varisliyi qaydasında ona qoşulan "Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. Hər iki TSC-nin "Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti "Azərsu” ASC-nin sədrinə verilib.
"Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı isə "Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərsu” ASC-yə bu Qərardan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.