Xəbər lenti

“Azərsu” məhkəməyə verilir
Ölkə18:38 02.11.2013

“Azərsu” məhkəməyə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərsu” ASC yüzlərlə mülkiyyətçinin hüquqlarını pozmaqda ittiham edilir.


Bu barədə virtualaz.org saytına açıqlamasında vəkil Azər Quliyev deyib.

Vəkil bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı mülkiyətçilərə dəyən ziyan hesablanarkən kəmərə sərf edilən 1 milyard manata yaxın vəsaitin şəffaf xərclənməsinə dair qaranlıq məqamlar ortaya çıxıb: “Mülkiyyətçilər üçün ayrılmış kompensasiyanın hara sərf edildiyi indiyədək bəlli deyil. Qaranlıq məqamlardan biri də məhkəmələrə təzyiq görülməsidir. Dünyanın heç bir ölkəsində 3255 nəfər mülkiyyətçinin əlindən alınmış torpağına görə kompensasiyaların ödənilməməsinə rast gəlinmiyib. “Azərsu”nun bu əməli isə cəzasız qalıb”.

Vəkil qeyd edib ki, hazırda Ali Məhkəmədə, Bakı Apelyasiya Məhkəməsində, Yasamal Rayon Məhkəməsində, eləcə də 1 saylı İnzibati İqtisadi Məhkəmədə “Azərsu” ilə bağlı şikayət ərizələri araşdırılır. Lakin şirkət müxtəlif vasitələrlə məhkəmələrə təzyiq etməklə proseslərin yubadılmasına nail olur.

Vəkil saytımıza məhkəmə prosesləri ilə bağlı siyahını təqdim edib. Siyahıdan məlum olur ki, şirkətə qarşı 50-dən çox iddianın araşdırılması 3 ildir davam edir: “Mülkiyyətçinin xeyrinə çaxarılan qərarların yerinə yetirilməsi prosesləri də uzadılır. Buna görə də beynəlxalq məhkəmələrə müraciət edərək mülkiyyətçilərin hüquqlarını pozmaqla onlara maddi və mənəvi ziyan vuran “Azərsu”ya qarşı iddia qaldırılacaq”.

Qaynar.info