Xəbər lenti

“Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var
Ölkə05:49 29.11.2022

“Azərsu”yun maşını ağır qəza törətdi - Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu" ASC-yə məxsus avtomobil ağır qəza törədib.
Qaynarinfo xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-nin əməkdaşı Əliəkbər Şıxıyevin idarə etdiyi "QAZ 330232" markalı avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.