Xəbər lenti

Ağzından güllələndi - Bakıda dəhşət
Ölkə13:01 25.08.2014

Ağzından güllələndi - Bakıda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Ans press-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Korgöz qəsəbəsində 1979-cu il təvəllüdlü Məcidov Mürsəl Zakir oğlu özünü güllələyərək intihar edib. 35 yaşlı kişi ov tüfənginin lüləsini ağzına salaraq atəş açıb. O, hadisə yerindəcə keçinib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qaynar.info