
Qeyd edək ki, bir müddət əvvəl də Elçin Zahiroğlunun profili oğurlanaraq ələ keçirilmişdi. Ancaq qısa müddətdən sonra həmin profil sosial şəbəkədə əngəlləndi. Bu gün isə profil yenidən aktivləşib və Elçin Zahiroğlunun imzası ilə ölkənin tanınmış ictimai-siyasi xadimlərinə, o cümlədən xanımlara qeyri-etik mesajlar göndərilib.
Məsələ ilə bağlı Elçin Zahiroğlu bildirdi ki, bu gün hadisədən xəbər tutan kimi həmin profili bağlatdırmaq üçün səy göstərib: “Təəssüf ki, göstərdiyim səylər hələlik nəticə verməyib. Çalışıram ki, qısa müddətdə bu təxribatın qarşısını alım”.
E.Zahiroğlu bu təxribatın hardan qaynaqlandığı haqda hər hansı şübhəsi olmadığını da söylədi və sabah bununla bağlı müvafiq orqanlara müraciət edəcəyini diqqətə çatdırdı: “Bir müddət əvvəl də baş derən anoloji təxribat zamanı aidiyyəti qurumlara – Daxili İşlər nazirliyi və MTN-ə müraciət etmişdim. Amma heç bir reaksiya olmadı, sözügedən qurumlar bu vaxta qədər cavab verməyiblər. Belə vəziyyətdə hər kəsin bilməyini istərdim ki, mənim profilimdən göndərilən mesajlar mənə aid deyil və mümkünsə, həmin saxta profildən şikayət etsinlər”.
E.Zahiroğluna aid edilən saxta profilin linkini təqdim edirik: https://www.facebook.com/elchin.zahiroglu
Qaynar.info