Xəbər lenti

“Azpetrol "dan Rafiq Əliyev açıqlaması
Ölkə12:27 21.10.2013

“Azpetrol "dan Rafiq Əliyev açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan  “Azpetrol Şirkətlər Qrupunun Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə qaytarılması ilə bağlı yayılan bütün xəbərlər şayiədir". Bu sözləri “Azpetrol" Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Camal Zeynalov ANS PRESS-ə açıqlaması zamanı söyləyib.

C.Zeynalov mətbuatda yayılan bu xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Bu xəbərlər hamısı şaiyədən başqa bir şey deyil".

Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində Qurban bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun rəhbəri Rafiq Əliyevin biznes imperiyalarının bir hissəsi geri qaytarılması barədə məlumat yayılmışdı.

Qaynar.info