Xəbər lenti

AzTV-də daha 6 nəfərda koronavirus aşkarlandı
Ölkə11:23 17.06.2020

AzTV-də daha 6 nəfərda koronavirus aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AzTV-nin əməkdaşları arasında daha bir neçə nəfər koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, "Ölkə.Az”ın əldə etdiyi məlumata görə, şirkətdə televiziyanın bəzi departamentlərinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.
Məlumata görə, hətta Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının prorektoru da virusa yoluxanlar arasındadır.
Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb, şirkət dezinfeksiya olunub.